Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.
779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib:
"Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!". (Report)