08.04.2026, 12:26
AZ EN
08.04.2026, 09:23 23

İran Araz çayı üzərindən yeni yol çəkmək istəyir

XƏBƏRLƏR
  • Cənubi Qafqaz regionunda təhlükəsizlik və hərbi qarşıdurma risklərinin artması Ermənistan iqtisadiyyatına birbaşa təsir göstərir. ABŞ və İsrail İrana qarşı müharibəyə başlamayandan bəri İranla Ermənistan arasında ticarət dövriyyəsi əhəmiyyətli şəkildə zəifləyib.

"Vətən səsi" xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ABŞ və İsrailin regionda başladığı müharibənin qonşu ölkələrlə əlaqələrə təsiri barədə danışarkən belə deyib. Onun sözlərinə görə, aktiv müharibənin bir aya yaxın davam etməsinə baxmayaraq, Ermənistanla İran arasında ticarət mümkün olan şəraitdə davam edir: "Ermənistanla sərhədlərimiz açıqdır, avtobuslar və yük maşınları da daxil olmaqla nəqliyyat vasitələri keçid edir. Amma mövcud vəziyyət istər-istəməz ticarət əlaqələrimizə mənfi təsiur göstərir".

İran səfiri onu da deyib ki, Araz çayı üzərində ikinci körpünün tikintisi planlaşdırılır. Onun sözlərinə görə, Ermənistan və İran, arasında əldə edilmiş razılaşmaya əsasən, Araz çayı üzərində mövcud olan Ağarak-Norduz körpüsünə əlavə olaraq, yeni sərhəd körpüsünün və logistik keçid məntəqəsinin inşası hər iki ölkənin maraqlarına tam uyğundur: "Bu layihə Tehranla İrəvan arasında iqtisadi əlaqələrin inkişafına da töhfə vermək üçün geniş imkanlar aça bilər: "Ermənistan hökuməti ilə bu layihə ətrafında ciddi müzakirələrimiz olub. İndi də məsələnin həllinin tezləşdirilməsi üçün Ermənistan rəsmiləri ilə təmasdayıq. Bu, birgə layihə olacaq. İranla Ermənistan arasında dəmir yolu əlaqələri də daxil olmaqla, yeni tranzit marşrutlarını aktivləşdirməklə münasibətlərimizin inkişafına müsbət töhfə verə bilərik. İnanırıq ki, bu layihə başa çatandan sonra Ermənistanla İran arasında iqtisadi əlaqələr daha da genişlənəcək".

Xatırladaq ki,  Ermənistanla İran arasında Araz çayı üzərindən yeni körpü və dəmir yolunun tikintisi hələ ötən ilin avqustunda razılaşdırılıb.  İran hökuməti bəyan edib ki, bu layihəı Ermənistan, Azərbaycan və Avropa arasında tranzit daşımalarda səmərəli rol oynayacaq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişaf strategiyası kimi müəyyənləşdirilib. Rəsmi Tehran Araz çayı üzərindən yeni körpü və dəmir yolunu təkcə İranla Ermənistanın birgə infrastruktur layihəsi kimi yox, daha çox Fars körfəzi–Qara dəniz marşrutunun əsas halqası, yəni Şimal-Cənub dəhlizinin ayrılmaz hissəsi kimi təqdim edir.

Elxan SALAHOV

Oxşar xəbərlər