15.12.2025, 12:39
AZ EN
15.12.2025, 11:07 67

Erməni nəşri Zəngəzur dəhlizi barədə : "Sülhün qarantıdır"

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin reallaşması Azərbaycanla Ermənistan arasında davamlı sülhün qarantı kimi qiymətləndirilir. Buna görə də Ermənistan hökuməti hər fürsətdə "Tram yolu" adlandırdığı bu layhəni sülh razılaşmasının əsas elementlərindən biri olduğunu bəyan etməklə Bakı-İrəvan-Vaşinqton danışıqlarına sadiqliyini sübut etməyə çalışır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Joxovurd” qəzeti yazır ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın ötən həftə Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad Forumundakı bəyanat və açıqlamalarına xüsusi məqalə həsr edib. Qəzet yazır ki, hələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı xüsusi maddə olsa da, Ermənistan hökuməti bu öhdəliklərdən yayınmağa çalışıb. Lakin rəsmi Bakının israrlı tələbi və üçtərəfli bəyanatdakı müddəaları beynəlxalq səviyyəli razılaşma müstəvisinə qaldırması sayəsində Zəngəzur dəhlizi ilə bağlı maneələri dəf edə bilib. Hazırda isə ABŞ-ın timsalında qazanılmış beynəlxalq təminat və qarşılıq inam o həddə çatıb ki, Nikol Paşinyan və onun komandası Zəngəzur dəhlizinə həm də sülhün qarantı kimi yanaşır: "Prezident Vaaqn Xaçaturyan "Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə xidmət edən razılaşmalara sadiqdir" deyərkən həm də "Trmap yolu" layihəsinə dəstək nümayiş etdirib. Doğrudan da indiki vəziyyətdə Ermənistan bəzi hallarda hətta rəsmi Bakıdan daha çox bu layihənin reallaşmasına çalışır, bütün görüş və danışıqlarda onu müdafiə edir. Bu, təkcə Azərbaycan və Türkiyə ilə siyasi dialoqun və diplomatik münasibətlərin qurulmasına deyil, həm də iqtisadi maraqlara xidmət edir. Paşinyan hökumətinin "Tram yolu" layihəsindən çox böyük gözləntiləri var, ticarət əlaqələrinin qurulması Ermənistanın gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər. Bu, Baş nazir Nikol Paşinyana rəqibləri birdəfəlik siyasi səhnədən silmək və öz hakimiyyətinə qarşı etimadı yüksəltmək üçün çox lazımdır".

Məqalədə  bildirilir ki, Ermənistan hökuməti səmimi olaraq Cənubi Qafqazda davamlı sülhü möhkəmləndirməyi hədəfləyir. Xaçaturyanın avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və regionda nəqliyyat kommunikasiyalarının tam açılması barədə bəyannamənin imzalanmasını xatırlatması da ümumi siyasi xəttin vacib elementidir: "Ermənistan Prezidenti hesab edir ki, “Tramp yolu” layihəsinin həyata keçirilməsi iqtisadi artımı, qonşularla ikitərəfli əlaqələri təşviq edəcək, regional əməkdaşlığa töhfə verəcək. Bütün bunlar etimad, sabitlik və gələcək rifah naminə mühüm rol oynayır. Yəni, ABŞ-ın da dəstəyi ilə bu layihənin reallaşması yönündə atılan addımlar Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni bir səhifəsini açıldığına inam yaradır".

Elxan SALAHOV

Oxşar xəbərlər