15.12.2025, 14:31
AZ EN
15.12.2025, 12:36 86

Zəngilanda əmək yarmarkası keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bu çərçivədə, regionun bərpası prosesinə dəstək məqsədilə növbəti əhəmiyyətli tədbir Zəngilan rayonunun Ağalı kəndində təşkil ediləcəkdir.

Dövlət Məşğulluq Agentliyi 16 dekabr 2025-ci il tarixində, saat 11:00-da "Ağalı Hotel"də böyük əmək yarmarkası təşkil edəcək. Yarmarkada 14 müxtəlif işəgötürən tərəfindən 100-dən çox vakansiya təqdim olunacaq. Təqdim ediləcək peşələr arasında həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və digər ixtisaslar üzrə vakansiyalar mövcuddur.

Tədbir zamanı vakansiyalara uyğun namizədlərin yerindəcə qeydiyyatı aparılacaq, həmçinin, yarmarkanın iştirakçılarına Agentliyin özünüməşğulluq, peşə hazırlığı və sosial-tərəfdaşlıq proqramları barədə ətraflı məlumat veriləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər