16.12.2025, 13:39
AZ EN
08.12.2025, 17:32 113

Cənubi Koreya səfiri: Qarabağda kəhrizlərin bərpasında iştirak edirik

XƏBƏRLƏR
  • Cənubi Koreya 2018-ci ildən Azərbaycanın ənənəvi yeraltı su təchizatı sistemlərinin (kəhrizlər - red.) bərpasında iştirak edir.

Bu barədə müsahibəsində Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu bildirib.

Onun sözlərinə görə, bu kəhrizlərin bəziləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşir.

"2018-ci ildən bəri KOICA (Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi - red.) Azərbaycanın ənənəvi (yeraltı - red.) su təchizatı sistemi olan kəhrizlərin bərpasında iştirak edir. Bu kəhrizlərin bəziləri azad edilmiş ərazilərdə bərpa edilib. Biz Azərbaycan hökuməti ilə bu istiqamətdə səylərin genişləndirilməsinə dair müzakirələr aparırıq", - səfir qeyd edib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz. (Report)

Oxşar xəbərlər