Mədəniyyət evinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Azər Qocayev Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, işğaldan azad edilmiş ərazilərdə uğurla icra olunan "Böyük Qayıdış" dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıb.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.