14.12.2025, 20:00
AZ EN
04.11.2025, 10:09 183

Türkiyə-Ermənistan münasibətlərində "Kəlbəcər düyünü"

XƏBƏRLƏR
  • Türkiyə 35 ilə yaxın müddət ərzində Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib. Buna səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını müharibə yolu ilə təmin etmək cəhdləridir.

"Vətən səsi" xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Həsən Oqtay Ermənistanın Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı atdığı son addımları şərh edərkən bildirib. O, deyib ki, Ermənistan 1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, Türkiyə bu ölkəni tanımayıb: "Türkiyə 1991-ci ildə Cənubi Qafqaz respublikalarını tanısa da, Ermənistanla diplomatik münasibətlər qurmayıb. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsi isə Türkiyənin Ermənistanla sərhədləri bağlamasına səbəb oldu. 2020-ci il 10 noyabr Bəyanatından sonra Kəlbəcər işğaldan azad edildiyi üçün sərhədlərin açılması məsələsindəki qadağaların aradan qaldırılmasına hüquqi maneə qalmayıb. Lakin Ankara bu məsələni Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində diplomatik vasitə kimi istifadə edir".

Xatırladaq ki, rəsmi Ankara ilə İrəvan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məqsədilə aparılan iki illik danışıqların yekun mərhələyə daxil olması həm Türkiyə, həm də Ermənistan mətbuatının əsas mövzularından birinə çevrilib. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, rəsmi İrəvan Türkiyə ilə sərhədlərinin açılması üçün bütün lazımi hazırlıqları görüb. Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin açılması Ermənistan iqtisadiyyatına böyük dividentlər gətirməklə yanaşı, iki ölkə arasında diölpmatik əlaqələrin qurulmasını da şərtləndirən vacib faktordur.

Türkiyəli politoloq Həsən Oqtay isə hesab edir ki, Türkiyənin Ermənistanla sərhədləri bağlamasına səbəb olan "Kəlbəcər düyünü" açıldığı üçün iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Ankaranın Cənubi Qafqaz regionunda maraqlarına cavab verir.  

Elxan SALAHOV

Oxşar xəbərlər