15.12.2025, 02:16
AZ EN
13.10.2025, 08:29 136

Fransa ermənilərindən növbəti təxribat

XƏBƏRLƏR
  • Fransa erməniləri futbol meydançası ilə siyasət meydanı yenə səhv salıb. hərb meydanında və diplomatiyada Azərbayacana açıq-aşkar uduzan ermənilər Parisdə növbəti dəfə təxribata əl atıb.

"Vətən səsi" xəbər verir ki, təxribat hadisəsi oktyabrın 10-da Parisdəki "Park de Prens” stadionunda keçirilən Dünya Çempionatı-2026-nın seçmə mərhələsi çərçivəsindəki Fransa – Azərbaycan oyunu zamanı qeydə alınıb. Qarşılaşma zamanı tribunada olan bir qrup Fransa ermənisi "Artsax” bayraqları qaldıraraq "Girovları azad edin” sözləri yazılmış plakatlar nümayiş etdirib. Onlar bu vasitə ilə guya, Azərbaycanda saxlanılan erməni əsir və mülki şəxslərlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışıblar. Lakin hadisə zamanı stadionun təhlükəsizlik xidməti bayraqlara müdaxilə edərək onları ərazidən uzaqlaşdırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər