Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun anım mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə bərpa-quruculuq işləri tam sürətlə davam edir:
"Təkcə Ağdam rayonuna 20 minə yaxın əhali köçürüləcək. Eyni zamanda, Xocavənd və Füzuli rayonlarına da ümumilikdə 15 minə yaxın insanın qayıdışını təmin etməyi planlaşdırırıq".
E. Hüseynov qeyd edib ki, 30 mindən çox keçmiş məcburi köçkün artıq işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılıb:
"70 mindən çox adam orada həm yaşayır, həm işləyir, həm də təhsil alır. Həmçinin köç prosesi davam edir. Bu gün daha 92 ailə Ağdam şəhərinə yola salınıb və proses il ərzində davam edəcək". (Report)