Millət vəkili sonra qeyd edib ki, Azərbaycan Prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.
Millət vəkili bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb: “”Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələrin daha da möhkəmləndirməyə çalışırlar. Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdəndir. Bu gün Azərbaycan Tükr Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayır”.
Dövlət başçısının Qırğızıstana səfərinin həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldığını qeyd edən Cehun Məmmədov bildirib ki, tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu.
Hazırladı: Tahirə AĞAMİRZƏ