"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Hazırkı hökumətə müxalif mövqeyi ilə tanınan nəşr yazır ki, Baş nazir Türkiyə və Rusiya arasında ayrı-seçkiliyə yol verir və Ankaranı üstün tutur: "Çünki hələ Mülki Müqavilə Partiyası iqtidara gəlməmişdən əvvəl keçmiş hökumətə qarşı mübarizə çərçivəsində keçirilən aksiyalarda Rusiya bayraqlarını dəfələrlə yandırıb. Məlumata görə, Nikol Paşinyan, hazırkı xarici işlər naziri Ararat Mirzoyan, parlamentdə hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjuryan, Baş nazirin köməkçisi Davit Gevorqyan və bir sıra hazırkı hökumət nümayəndələri 2015-ci ildə təşkil olunan genişmiqyaslı aksiyada Rusiya bayrağının yandırılmasında şəxsən iştirak ediblər. Hətta David Gevorqyan ayağını həmin bayrağa silib.
Məqalədə qeyd olunur ki, Paşinyanın Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qınaması erməni ictimaiyyəti, xüsusilə rusyönümlü dairələr arasında narazılıq doğurub.
Elxan SALAHOV