27.06.2025, 08:22
AZ EN
21.11.2023, 11:48 383

Deputat: 30 il ərzində ABŞ torpaqlarımızın işğal altında qalmasında maraqlı olub

XƏBƏRLƏR
  • Son günlər ABŞ-nin Azərbaycanla bağlı qərəzli mövqeyi özünü daha açıq büruzə verir.

Bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ABŞ-nin növbəti belə addımıdır:

“1992-ci ildə bu sənədin qəbulundan sonra 2001-ci ildə terrora məruz qalanda ABŞ öz səhvini anlamışdı və 907-ci düzəlişin qüvvəsini dayandırmışdı. Yenidən belə olacağına inanıram. ABŞ Senatı, o cümlədən, ABŞ dövlət katibinin rəsmisi Azərbaycana qarşı absurd fikirlər səsləndirir.

Bütün bunlar ABŞ-nin ölkəmizlə bağlı iç üzünü göstərir. Biz indi başa düşürük ki, 30 il ərzində ATƏT həmsədri olan ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub”, - deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər