Bu barədə onun vəkili bildirib.
"Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.
Xatırladaq ki, oktyabrın 15-də biri Araqaçotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan olmaqla ümumilikdə 13 din xadimi və digər şəxsləri saxlanılıb. Yepiskop M.Proşyan oktyabrın 16-da guya din xadimlərini müxalifətin mitinqlərində iştirak etməyə məcbur etməkdə ittiham olunaraq 2 ay müddətinə həbs edilib. (Report)