29.06.2025, 11:05
AZ EN
21.01.2025, 11:10 227

Qərb Zəngəzur dəhlizi məsələsində Ermənistanı dəstəkləmir

XƏBƏRLƏR
  • “Türkiyə, Çin və Qərbi logistika ilə təmin edən Azərbaycan bundan iqtisadi-siyasi dividendlər qazanır. Həmçinin Azərbaycan Şimal-Cənub layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və qaz kəmərləri çəkməklə Rusiya ilə İran arasında birləşdirici halqaya çevrilir".

"Vətən səsi" xəbər verir ki, Ermənistanın “Respublika Meydanı” teleqram kanalının yaydığı məlumatda belə deyilir. Bildirilir ki, nəqliyyat, neft-qaz və digər imkanlar baxımından zəngin Azərbaycan Şərq-Qərb istiqamətində mühüm logistika dəhlizinə çevrilir, Türkiyə və Avropa İttifaqına (Aİ) birbaşa çıxış əldə edir:

Ermənistan da Rusiya-Gürcüstan-Ermənistan-İran-Fars körfəzi-Hindistan istiqamətində Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər. Amma Nikol Paşinyan və komandası Rusiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri pisləşdirir. Bütün bunlar ABŞ və Aİ ilə Ermənistan arasında Strateji tərəfdaşlıq" anlaşmaları və yeni müqavilələrin imzalanması fonunda baş verir.

Məlumatda o da qeyd edilir ki, Transxəzər nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti 10 milyon tona çatdırılacaq. Transxəzər dəhlizinin aparıcı ölkələri Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədir. "Orta dəhliz" adlanan bu logistika xüsusilə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. İranın isə dəstəklədiyi və Ermənistan ərazisindən keçməli olan Şimal-Cənub nəqliyyat layihəsi ilə bağlı hələ real addımlar atılmayıb: "Ermənistan rəhbərliyi də ciddi logistik layihələr həyata keçirə bilmir və yalnız kağız üzərində qalacaq “Sülh qovşağı” layihəsindən danışılır. Çünki bu, Azərbaycan və Türkiyə lazım deyil. Bakı dəfələrlə bildirib ki, onun məqsədi Zəngəzur dəhlizidir. Ermənistan bu məsələdə Qərbdən ciddi dəstək ala bilməyəcək. Əvəzində İrəvanın ənənəvi müttəfiqləri olan Rusiya və İranla münasibətlər soyuyur, əlaqələr tədricən azalır. Azərbaycan bunun fonunda qonşu Gürcüstan və İran, Rusiya, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini dərinləşdirir”.

Elxan SALAHOV

Oxşar xəbərlər