Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk: “Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik. COP-29-dan istifadə edərək hər bir platformada Azərbaycana Ermənistandan gələn çayların zəhərlənməsi məsələsinə diqqəti cəlb etməliyik”. (APA)