Bunu İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədr müavini Hacı Ali Açıkgül bildirib.
"Bu, mənim Qarabağa ikinci səfərimdir. İlk səfərim 2021-ci ildə olmuşdu. O zaman Ağdama gəlmişdim. Orada gördüklərim məni dəhşətə salmışdı. İndi Füzuli şəhərindəyik. Bu səfərimizdə 30 illik işğal dönəmində ermənilərin Qarabağda törətdiklərinin dəhşətli mənzərələrinin şahidi oluram. Mən iki il öncə də buraya gördüklərimi qeyd edib, beynəlxalq təşkilatlar və qurumlara çatdırmaq üçün gəlmişdim" - komissiyanın sədr müavini deyib.
Hacı Ali Açıkgül qeyd edib ki, bu yerlərin bərpa olunması üçün Azərbaycana kömək lazımdır: "İnanıram ki, bütün islam ölkələri dost əlini uzadaraq, ermənilərin 30 ildə dağıtdıqları kənd və şəhərləri yenidən qurub yaradacaqlar". (Report)