27.06.2025, 06:08
AZ EN
22.04.2023, 19:36 286

XİN: Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır

XƏBƏRLƏR
  • Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin xəsarət alması barədə paylaşım edib.

XİN-in "Twitter"də paylaşdığı məlumatda deyilir: "Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, mina partlayıb və nəticədə 3 azərbaycanlı hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!" (APA)

Oxşar xəbərlər