"Vətən səsi" xəbər verir ki, Erməni xalqı öz dövlətçiliyini qorumaq üçün tarixi dönüşün və mühüm seçim ərəfəsindədir. O, İkinci Qarabağ müharibəsindən sonra başlanan sülh quruculuğu prosesindən danışarkən deyib ki, inkişaf üçün sülhün alternativi yoxdur: :“Heç kim bu seçimdən qaça bilməyəcək. Əgər yenə də “Qarabağ hərəkatı”nı davam etdirsək, onda müharibəyə gedəcəyik, davam etdirməsək sülh olacaq. Sülh quruculuğu prosesi gücləndikcə Ermənistan da hər gün güclənəcək. Mən məhz bu hərəkatın rəhbəriyəm, kim razıdırsa, mənim ardımca gəlsin”.
Nikol Paşinyan revanşist əhval-ruhiyyəli ermənilərə xitabən əlavə edib ki, Erməniistan ictimaiyyəti müharibəyə səbəb ola biləcək hərəkətlərdən çəkinməli, əksin sülhün möhkəmlənməsinə çalışmalıdır: “Biz “artsax respublikası”, yaxud “Qarabağ problemi” deyəndə başa düşməliyik ki, sözün dəyəri və nəticəsi var. Bu ifadələr istər kilsədə, istər elmi, istərsə də ictimai müstəvidə səsləndiriləndə elə bir variant yoxdur ki, müəyyən mərhələdə münaqişəyə gətirib çıxarmasın”.
Baş nazir onu da qeyd edib ki, bütün ermənilərin katolikos II Qaregin faktiki olaraq "müharibə partiyası"nın liderliyini üzərinə götürüb. Onun sözlərinə görə, kilsə rəhbərliyi Azərbaycanla sülh və qarşılıqlı hörmət şəraitində dinc qonşu kimi yaşamağı istəmir və əldə olunmuş nailiyyətləri yenidən pozmağa çalışır: "Keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sərkisyan və başqaları da bu məntiq çərçivəsində çıxış edirlər".
Paşinyan vurğulayıb ki, Ermənistan cəmiyyəti bunları nəzərə alıb aydın seçim etməlidir: "Əgər "Qarabağ hərəkatı"nı davam etdiririksə, bu, yeni müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə “Qarabağ hərəkatı”nı davam etdirib-etdirməyəcəyimizi bəyan etməlidir".
Elxan SALAHOV