13.03.2026, 18:05
AZ EN
13.03.2026, 16:40 206

MN: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik

XƏBƏRLƏR
  • Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Oxşar xəbərlər