13.03.2026, 18:40
AZ EN
13.03.2026, 17:26 24

Azad edilmiş ərazilərdə indiyədək 48 yarımstansiyası inşa edilib

QARABAĞ
  • İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14 ədəd 110 kV-luq, 1 ədəd 330 kV-luq yarımstansiya inşa edilib.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, 1067.7 km uzunluqda 35 kV-luq,774 km uzunluqda 110 kV-luq, 262 km uzunluqda 330 kV-luq, 74.3 km uzunluqda 0.4 kV-luq elektrik enerjisi xətləri çəkilib.

2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq "Xankəndi-1" YS-nin və Laçın rayonunda Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. (Trend)

Oxşar xəbərlər