Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda destruktiv mövqe nümayiş etdirir: “Aydındır ki, Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və mövqelərinin yaxınlaşmasında maraqlı deyil. Əksinə, Aİ Bakı ilə İrəvan arasında ziddiyyətləri dərinləşdirir”.("Report")