13.03.2026, 17:30
AZ EN
13.03.2026, 16:23 205

Qubadlı, Laçın və Arazboyu dövlət təbiət yasaqlıqlarının xəritələri imzalanma mərhələsindədir

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilmiş ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərindən Bəsitçay və Daşaltı dövlət təbiət qoruqlarının həm xəritəsi, həm də mühafizə sanitariya zonasının xəritəsi hazırlanıb və təsdiq edilib. Həmin ərazilərdə mühafizə tədbirlərinin təmin olunması həyata keçirilir. Hazırda Qubadlı, Laçın və Arazboyu dövlət təbiət yasaqlıqlarının xəritələrinin hazırlanması işləri həyata keçirilir və onlar aidiyyəti dövlət qurumları tərəfindən imzalanma mərhələsindədir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

O, həmçinin qeyd edib ki, yeni milli parkın yaradılması ilə bağlı tədqiqat işləri aparılıb, ərazinin xəritə sxemi hazırlanıb: "90 min hektardan artıq sahəsi olan ərazidə yeni yaradılacaq milli park Kəlbəcər, Laçın, Xocalı və Ağdərə rayonlarının ərazisini əhatə edir. Sənədlər artıq hazırlanıb və bununla bağlı işlər yekunlaşmaq üzrədir".

Murad Şahverdiyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mina probleminin olması meşə fondu ərazilərinin inventarlaşdırılmasında ciddi çətinliklər yaradır. Buna baxmayaraq, Türkiyənin təcrübəsindən istifadə edilərək Ağdərə rayonu istisna olmaqla inventarlaşma işləri uzaqdan idarə olunma üsulundan istifadə edilərək həyata keçirilib. Bu zaman peyk təsvirlərindən istifadə olunur. (AZƏRTAC)

Oxşar xəbərlər