Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanın illik hesabatı dinlənilir. NEWS 24 kanalında birbaşa yayımlanan iclasda Paşinyan tarixi unutmamaq şərtilə siyasi proseslərə yeni yanaşmanın xalqa və dövlətə gərəkli olduğunu bildirərək deyib ki, zəlzələ vaxtı Türkiyədə Ermənistan bayrağı Türkiyə bayrağı ilə qoşa dalğalanırdı. Əminəm ki, tezliklə Türkiyə ilə sərhədlər açılacaqdır.
O, indi dünyada gedən siyasi prosesləri və reallığı düzgün qiymətləndirmənin zamanı gəldiyini də dilə gətirib və belə bir fikir də səsləndirib ki, bunu görməyənlər, qəbul etməyənlər sovet psixologiyası ilə yaşayanlardır.
Nə deyirik, təki bu iki ölkə arasındakı sərhədlər açılsın.
Nəsib