Erməni mətbuatı xəbər verir ki, parlamentin bu günkü iclasında ombudsman seçilməsindən sonra "Hayastan" fraksiyasının üzvü Mher Sahakyan barədə baş prokurorluğun təqdim etdiyi vəsatətə baxılıb və iqtidar deputatına başı ilə zərbə vurub xətər yetirdiyinə görə müxalif deputatın toxunulmazlığı ləğv edilərək cinayət işi başlayıb.
Mher Sahakyan parlamentdəki son çıxışında özünü günahkar hesab etməyib və gülümsəyərək "türklər sizdən çox ədalətlidir,"- deyə sözügedən iclası şou adlandırıb.
Nəsib