"Hraparak" media qrupunun bu gün paylaşdığı xəbərlər sırasında "Suren Papikyanın məxfi sərəncamı" başlıqlı xəbərdə göstərilir ki, dünən müdafiə naziri məxfi sənədlə nazirliyin bir sıra hərbi hissələrində olub. Bununla yanaşı bütün hərbi hissələrin komandanlıqlarına leksikonda "arsax respublikası" sözlərinin əvəzinə "Dağlıq Qarabağ " ifadəsinin işlədilməsi barədə əmr olan sənəd göndərilib.
Yeni məzmunlu bu hərbi əmr zabitlər tərəfindən narazılıqla qarşılanıb, amma onlar vəzifələrini və rütbələrini itirməmək üçün əmrə tabe olacaqlarını bildiriblər.
Nəsib