14.04.2026, 18:19
AZ EN
14.04.2026, 13:46 265

Erməni spiker jurnalistlə mübahisəyə görə brifinqi yarıçmıq kəsdi

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlə mübahisəyə görə qəzəblənərək brifinqi yarımçıq dayandırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, qanqaraldıcı mübahisə  jurnalistlərin erməni iş adamlarının Rusiyada üzləşdiyi problemlərin həll edilməməsi ilə bağlı spikerə ünvanladığı sualdan sonra yaranıb. Simonyan deyib ki, bu məsələ Rusiya ilə ətraflı müzakirə ediləcək və problemin qarşılıqlı şəkildə həll yolu tapılacaq. Lakin onun bu cavabı Rusiyameylli jurnalistləri qane etməyib və onlar təkrar sual ünvanlayaraq erməni iş adamlarının üzləşdiyi çəninliklərin təcili həll edilməli olduğunu söyləyiblər.

Jurnalistlərin inadkarlığı qarşısında qəzəbini gizlədə bilməyən Alen Simonyan məsələ emosional tərzdə cavab verib. Onu özündən çıxaran əsas səbəb isə jurnalistin rəsmi Moskvanın maraqlarından çıxış etməsi olub: "Biz Rusiyaya qarşı heç bir təhlükə yaratmırıq, təhlükə olmağı da planlaşdırmırıq. Belə niyyət yoxdur. Müəyyən məsələlər var, bu cür məsələlər bütün ölkələr arasında mövcuddur. Bir müddət həmin məsələlər qaldırılır, sonra azalır, həll olunur. Biz - siyasətçilər bu məsələləri müzakirə edib həll etmək üçün buradayıq".

Spiker Ermənistanın Avropa İttifaqına üzv olanadək Avrasiya İqtisadi Birliyində qalmasına Rusiyanın yanaşmasına dair sualı da qəzəbli şəkildə şərh edib: "Qulaq asın, əgər anlayışla yanaşmasalar, bu barədə danışarıq. Hazırda faktiki olaraq, xeyli müddətdir bunu uzlaşdırmağa çalışırıq. O vaxt isə Serj Sərkisyan Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə iki-üç il danışıqlar apardı, bir gecədə hər şey dəyişdi və Ermənistan Gömrük İttifaqına daxil oldu. Sərkisyan prezident olanda hər iki tərəfi müəyyən mərhələdə birləşdirməyə çalışdı, elə deyilmi? Həmçinin müəyyən sənədlər imzalandı, müəyyən həll yolları tapıldı. Belə təcrübələr çox olub".

Həmin jurnalist Nikol Paşinyan hökumətinin də bir gecədə mövqeyinin dəyişib-dəyişməyəcəyini soruşub. Alen Simonyan Ermənistanın dövlət maraqlarına xidmət edən Nikol Paşinyanın Rusiyaının "dirijor çubuğu" ilə hərəkət edən Serj Sərkisyanla eyniləçdirilməsini böyük ədalətsizlik olduğunu deyib: "Siz Serj Sərkisyanla Nikol Paşinyan arasındakı fərqi görmürsünüz? Yoxsa, Robert Köçəryanla Nikol Paşinyan arasındakı fərqi hiss etmirsiniz? Başa düşmürsünüz ki, Nikol Paşinyan olmasaydı, indi sizin əksəriyyətinizi "xarici agent" çıxaracaqdılar?"

Jurnalistlər spikerin "xarici agent" ifadəsinə etiraz ediblər. Bundan sonra parlament sədri brifinqi yarımçıq kəsərək uzaqlaşıb.

Elxan SALAHOV

Oxşar xəbərlər