14.04.2026, 20:28
AZ EN
14.04.2026, 14:27 238

Ramin Məmmədov Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib

QARABAĞ
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu gün Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.

Bu barədə dövlət komitəsindən məlumat verilib.

Qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edib.

"Hər məsciddə kitabxana" layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyətinin tənzimlənməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət edilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. (Report)

Oxşar xəbərlər