Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə 18 nəfər, Çıldıran kəndinə 2 ailə, 5 nəfər, Aşağı Oratağ kəndinə 9 ailə, 56 nəfər, Heyvalı kəndinə 3 ailə, 13 nəfər, Çapar kəndinə 2 ailə, 6 nəfər, Xocalının Daşbulaq kəndinə isə 1 ailə, 4 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.