14.04.2026, 17:10
AZ EN
14.04.2026, 10:00 186

Zəngəzur dəhlizi mühüm hadisələrə səbəb olacaq

XƏBƏRLƏR
  • "Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin gələcək inkişaf perspektivlərindən danışarkən deyib. O, qeyd edib ki, ötən ilin yayından etibarən Azərbaycan tərəfindən kommunikasiyalara məhdudiyyətlərin götürülməsindən sonra Ermənistan ətrafındakı iqtisadi blokada aradan qaldırıb: "1990-cı illərdən bəri ilk dəfə olaraq Azərbaycan vasitəsilə Ermənstana yük daşıması artıq reallığa çevrilib. Lakin bu, Gürcüstan vasitəsilə oldu. TRİPP reallaşdıqdan sonra isə Azərbaycan və Ermənistan arasında birbaşa kommunikasiyalar reallaşacaq. Bu,  yükdaşımaların Gürcüstan vasitəsilə daşınmasını tamamilə aradan qaldıracaq".

Paşinyan onu da əlavə edib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizinin tikintisindən sonra regionda mühüm hadisələr olacaq. Onun sözlərinə görə, ABŞ hökumətinin dəstəyi və birbaşa iştirakı ilə həyata keçirilən "Tramp Marşrutu" Zəngəzur dəhlizinin açılması təkcə Ermənistanı iqtisadi blokadadan çıxarmaycaq, həm də bütövlükdə Cənubi Qafqaz regionunda çox önəmli dəyiuşikliklərə gətirib çıxaracaq.

Elxan SALAHOV

Oxşar xəbərlər