Bu barədə erməni KİV-ləri Antikorrupsiya Məhkəməsinin mətbuat katibi Armine Novruzyana istinadən xəbər verir.
Onun sözlərinə görə, saxlanma istintaq orqanının onun həbsi ilə bağlı vəsatəti əsasında həyata keçirilib. Hakim Sarkis Petrosyan vəsatəti təmin edib.
Aleksandr Sarkisyan xüsusilə külli miqdarda mənimsəmə törətməkdə ittiham olunur. (Report)