Bu barədə Ermənistan mətbuatı Baş nazirin müavini Mqer Qriqoryanın dəftərxanasına istinadən məlumat yayıb.
"Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələri "Sotk" mədəninin sərhədyanı hissəsində birgə çöl tədqiqatları aparıblar", - dəftərxanadan bildiriblər.
Daha əvvəl Ermənistan mediası tərəflərin bu sahədə demarkasiya işləri apardıqları barədə xəbər verib. Qriqoryanın ofisi bu məlumatı təkzib edib. (Report)