Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.
"Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxsəviyyəli HHM sistemi kompleksi yaratmalıyıq", - o qeyd edib.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil.
"Biz birləşmiş sistem, "Polad günbəz" qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları, radioelektron mübarizə sistemlərini birləşdiririk", - prezident qeyd edib. (Report)