"Hraparak" yayıb ki, baş nazir müsahibəsində Şərqi Ermənistan Armavir və Şirak (Ağbaba, Şörəyil- N.Q) deməklə Vanın və onun ətrafındakı ərazilərin Türkiyəyə mənsub olduğunu tanıdığını bildirib. O, həmçinin "soyqırımının" tarixə çevrildiyini deyərək düşənlərin deyil, bu gün və gələcəklə yaşamağın vacibliyini vurğulayıb. Müsahibədəki bu və ya digər fikirlərlə razılaşmayan haylar revanşçı olduqlarını sübut etməklə qonşularla dinc şəraitdə yaşamağı deyil, müharibəni istədiklərini diqqətə çatdırırlar ki, bu da Nikol Paşinyanın müsahibəsində vurğuladığı kimi fəlakətə səbəb olan düşüncədir.
Əlavə edək ki, sözügedən müsahibə barədə yayılan daha bir neçə xəbərdə də Paşinyan tənqid olunur.
N.Qaramanlı