28.06.2025, 04:39
AZ EN
13.01.2025, 09:17 216

Haylar sirr saxlaya bilmirlər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, yanvarın 10-da parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasında dövlət sirri hesab olunan fəaliyyətlə bağlı iclas keçirilib. Əlavə olunub ki, 2022-ci il dekabrın 23-də parlament tərəfindən qəbul edilmiş "Xarici kəşfiyyat fəaliyyəti və xarici kəşfiyyat xidməti haqqında" qanuna əsasən 2023-cü ilin oktyabrında xarici kəşfiyyat xidməti yaradılıb. Qanunda həmçinin dövlət sirri hesab olunan məsələlərə aydınlıq gətirilib.

Yanvarın 10-da keçirilən hesabat xarakterli iclasda xarici kəşfiyyat xidmətinin rəisi Krustine Qriqoryan "Dövlət sirri haqqında  qanun"da əlavələrin və dəyişikliklərin olduğunu açıqlayıb. Vurğulayıb ki, Ermənistan mətbuatında dövlət sirrinin yayılmasını sübut edən məqalə dərc olunduğuna görə məsuliyyətə cəlb olunanlar var, amma müxalifət bunu söz azadlığına qarşı zorakılıq kimi xarakterizə edərək  hakimiyyətin imicinə ziyan vurmağa çalışır.

Xatırladaq ki, Ermənistanda bir neçə strateji nazirliyin, baş prokurorluğun və  xarici kəşfiyyat xidmətinin rəhbəri qadındır. "Hraparak"ın  iddiasına görə həmin qadınlar məhz Anna Hakopyanın tövsiyəsi ilə irəli çəkiliblər.

N.Qaramanlı

Oxşar xəbərlər