27.06.2025, 17:39
AZ EN
30.05.2024, 09:00 349

Ermənistanı çalxalayan keşiş Vardanyanın adamıdır

XƏBƏRLƏR
  • Ermənistanda vətəndaş itaətsizliyinə çağıran, Paşinyan hökumətindən istefa tələb edən keşiş Baqrat Qalstanyanla (Srbazan) bağlı maraqlı məlumat yayılıb.

"Modern.az"ın məlumatına görə, bəzi erməni mənbələri və sosial şəbəkələrdə yayılan məlumatlara görə, ikili vətəndaşlığı olan Erməni Apostol Kilsəsinin nümayəndəsi Baqrat Qalstanyan hazırda Bakıda həbsdə saxlanılan milyarder Ruben Vardanyana yaxın adam hesab olunur.

Hətta etirazçı keşişi oliqarx Ruben Vardanyanın "səlahiyyətli nümayəndəsi" adlandıranlar da var.

Qeyd edilir ki, vaxtilə Rusiyada təlimatlandırılaraq Qarabağa göndərilən, Xankəndidə separatçılara “dövlət naziri” təyin olunan Ruben Vardanyan daha sonra İrəvana yüksək posta transfer olunacağı anı gözləyirdi. Lakin Vardanyanın planlarını pozan Nikol Paşinyan buna imkan vermədi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər