Fransa Ermənistandakı səlahiyyətli səfiri olan Ann Luyonu geri çağırıb. O səfir ki, tez-tez Ermənistan müdafiə nazirliyinin qonağı olur, Azərbaycan-Ermənistan mövzusunda qapalı müzakirələr aparırdı. 2021-ci ilin avqustun sonunda Ermənistana səfir təyin edilən Ann Luyonun vaxtından əvvəl vəzifəsindən geri çağırılmasının səbəbi isə olduqca maraqlıdır. Diplomatın fəaliyyətinin heç iki il sürməməsinin səbəbi korrupsiya ilə bağlıdır. Bu ittihamlar isə yeni deyil, Ann Luylonun təyinat aldığı ildən bu tipli xəbərlər erməni mediasında tez-tez gündəmə gəlib. Hətta müxtəlif zamanlarda adıçəkilən səfirin korrupsiya ilə məşğul olmasına dair rəsmi dairələrə şikayətlər də edilib. Ann Luyona qarşı cəbhə açan şəxslər arasında önə çıxan əsas adlardan biri isə faransalı araşdırmaçı-jurnalist və milliyyətcə erməni olan Neo Nikolyandır. Hətta o, Ann Lulyonun korrupsiya ilə məşğul olduğunu sübut etmək üçün 2022-ci ildə səfirin hesabına 3 milyon 100 min ABŞ dollarının yatırıldığını əks etdirən sənəd dərc edib. Bu qədər fakt və ittihamlar qarşısında isə Fransanın Ermənistandakı səfiri bütün məlumatları təkzib edib və dərc olunan sənədin saxta olduğunu bildirib. Ann Luylonun geri çağırılması isə iddiaların haqlılıq payının çox olması ilə əlaqələndirilir.
Politoloq Mübariz Göyüşlü “ARB”-yə məsələ ilə bağlı açıqlamasında bildirib: “Franasanın Ermənistana yeni səfir təyin etməsi bu dövlətin tək Ermənistanla bağlı deyil, ümumiyətlə, diplomatik fəaliyyəti olsun, məmurların fəaliyyəti olsun, göstərir ki, Fransada korrupsiya və rüşvətə bulaşmış bir hakimiyyət mövcuddur.
Səfirin geri çağırılmasından heç bir gün keçməmiş rəsmi Paris Ermənistandakı səfirliyinə yeni təyinat da edib. Son məlumatlara görə, Fransa Ermənistana Qulvye Dekottinyeni yeni səfir təyin edib. Fransanın Ərdəbildəki keçmiş konsulu olan Qulvye Dekottinyenin qısa zamanda təyinat alması isə prosesin əvvəlcədən İrəvan və Paris xəttində planlaşdırıldığından xəbər verir.
Gedişatı analiz edən ekspertlər yeni səfirin Fransanın regionla bağlı planlarının bir hissəsi ola biləcəyini də istisna etmirlər. Bu isə heç də qeyri-real bir yanaşma deyil. Çünki yeni səfirin keçmiş fəaliyyəti onun region barədə daha məlumatlı olduğunu deməyə əsas verir. Belə ki, diplomat olan Qulvye Dekottinye 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyinin ikinci müşaviri olub. O, eyni zamanda İranın nüvə proqramı və İranın regional siyasəti mövzularına bir sıra geniş təhlillər də yazıb. Bundan əvvəl, Qulvye Fransanın xarici işlər nazirliyinin mərkəzi aparatında da çalışıb. NATO və Avropa İttifaqının Liviya, Balkanlar və Qafqazdakı əməliyyatları ilə məşğuı olub.
“Yeni hərbi atteşeinin təyin olunmasəndan sonra səfirin də düşünürəm ki, elə hərbi keçmişi olması ehtimalı güclüdür. Əlbəttə ki, onun məxfi məlumatlarla işləmək, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək haqqında da dosyesi araşdırılmalıdır. Hər bir halda biz görürük ki, Ermənistanın silahlandırılması, gücləndirilməsi regionda güc balansının dəyişdirilməsi istiqamətində Fransa əlindən gələni edir”. Bu fikirləri isə “ARB-24”-də açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Görünən odur ki, rəsmi Parisin diplomat dəyişikliyinin pərdəarxasında müxtəlif maraqlar dayanır. Fransa keçmişi regionla bağlı olan şəxsi təyin etməklə Cənubi Qafqaz geosiyasi arenasında əlini gücləndirmək istəyir.
Hazırladı: Tahirə AĞAMİRZƏ