27.06.2025, 11:59
AZ EN
23.04.2024, 10:42 294

Keşişlər aranı qatırlar

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri keşiş Ter-Mikayel Acabahyanla söhbətində keşiş Bağrat Srpaqana göstərilən münasibətlə bağlı soruşub. O, bu dəfə də din daşıyıcısı deyil, məhz revanşçı olduğunu isbatlayıb. Hakimiyyətin istefasını tələb edən Bağratın bir sıra siyasətçilər tərəfindən tənqid edildiyini düzgün hesab etməyən arkayepiskop Acabahyan dinin dövlətdən ayrı olduğunu bildirsə də belə bir fikir irəli sürür ki, indiki reallıqda dinlə dövlət vahid mövqe nümayiş etdirməsə böhrandan çıxış mümkün olmayacaq.Kilsəni az qala baş nazirin statusu ilə eyniləşdirən bu keşiş Qazağın kəndlərinin  geri qaytarılmasını istəmir və bunu Allah qarşısında xidmət kimi başa düşür. Görünür bu keşiş də dövlətin siyasətinə qarşı çıxmağı, əhalini aksiyalara çağırmağı Allaha ibadət hesab edir. Tarixi faktlar isə erməni keşişlərin əsil terrorçu olduğunu dəfələrlə təsdiqləyib.

N.Qaramanlı

Oxşar xəbərlər