28.06.2025, 09:05
AZ EN
08.04.2024, 11:52 346

Yenə mitinqə toplaşıblar

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, erməni polislər bu gün səhər tezdən xarici işlər nazirliyinin ətrafında dairəvi maneə yaradıblar. Buna səbəb isə mitinqə gələnlərin siyasi məhbus hesab olunan şəxslərin azad olunmasını tələb etməkdir. Aksiyaçıkar arasında sabiq mer Rarin Markaryan, daşnak Karen Avakyan, müxalif deputat Anna Mkrtçyan, siyasi fəal, sabiq deputat Naira Zohrabyan, həbsdə olan Vazgen Sağatelyanın qardaşı Arman Sağatelyan da var.

Məqalənin müəllifi Karen Martirosyan sözügedən aksiyanın nə üçün məhz xarici işlər nazirliyinin binası önündə keçirildiyini aydınlaşdıra bilmədiyini də qeyd edib.

Doğrudan da, maraqlıdır. Məgər "siyasi məhbus" məsələsi ilə xarici işlər nazirliyi məşğul olur, yoxsa daxili işlər nazirliyi, xüsusi xidmət orqanları və prokurorluq?

N.Qaramanlı

Oxşar xəbərlər