27.06.2025, 19:00
AZ EN
01.04.2024, 14:58 273

Paşinyan etiraf etdi: "Bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz konkret olmayıb"

XƏBƏRLƏR
  • “Vətəndaşlıq ərazi ilə bağlıdır. Ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq yoxdur, əgər söhbət mifik yox, real vətəndaşlıqdan gedirsə”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, hüquq və vəzifə də ərazi ilə bağlıdır: "Qanun ərazi ilə bağlıdır, çünki o, ərazidə fəaliyyət göstərir. Heç bir konkret ərazi ilə bağlı olmayan hüquq yoxdur".

Ermənistan Baş naziri bu açıqlaması ilə qonşu ölkələrə ərazi iddialarının olmadığına eyham vurub. Paşinyan belə iddiaları “mif” adlandırıb: “Biz bir ölkənin və ya başqa dövlətlərin sərhədlərini keçəndə hüquq və vəzifələr sistemi tamamilə dəyişir. Yəni, hər bir ərazinin özünəməxsus hüquq və vəzifələr sistemi var. Təbii ki, bizim bu hüquq və öhdəliklər sistemimiz dəyişir”.

Paşinyan demokratiya və Ermənistan dövləti haqqında danışarkən bildirib ki, suveren hüquq və vəzifələrə dair baxışları qeyd etmək çox vacibdir: “Üçüncü Respublikanın mövcudluğu boyu suveren hüquq və öhdəliklərimizin ərazisi haqqında fikirlər çox vaxt spesifikliklərdən məhrum idi. Bu hamımıza aiddir. Amma onu da demək istəyirəm ki, təhlil bizi belə bir fikrə gətirməli idi ki, ərazi qeyri-müəyyən, spesifiklikdən məhrum, qanun isə konkret ola bilməz. Bu baxımdan, ölkəmizdə hüquq və vəzifələrin çox vaxt konkret və səmərəli fəaliyyət göstərməməsi onunla bağlıdır ki, bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz, ən azı, həmişə konkret olmayıb. Məhz bu aspektdə biz suveren ərazimizin konkretləşdirilməsinə böyük əhəmiyyət veririk. Çünki bu, bizim hüquq və öhdəliklərimiz sistemini konkretləşdirir, eləcə də dövlət haqqında anlayışımızı konkretləşdirir”.

Elxan SALAHOV

Oxşar xəbərlər