28.06.2025, 00:34
AZ EN
27.06.2025, 17:36 95

“Fitch”: Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq

XƏBƏRLƏR
  • Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq - bunun üçün referendumun keçirilməsi tələb olunacaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentlik xatırladıb ki, Azərbaycan və Ermənistan 2025-ci ilin mart ayında sülh sazişinin layihəsini razılaşdırıb, lakin onun məzmunu hələ açıqlanmır.

"Azərbaycan yekun sazişin imzalanması üçün iki əsas şərtin qəbul edilməsində israr edir: Ermənistan Konstitusiyasından Qarabağ regionu ilə bağlı istinadın çıxarılması və əvvəllər Ermənistanla danışıqlarda vasitəçi kimi çıxış edən, Fransa, Rusiya və ABŞ-nin daxil olduğu ATƏT-in Minsk qrupunun buraxılması. “Fitch” hesab edir ki, Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq - bunun üçün referendumun keçirilməsi tələb olunacaq", - agentliyin hesabatında bildirilib. (Report)

Oxşar xəbərlər