28.06.2025, 09:08
AZ EN
05.06.2023, 13:54 339

Yuxuda görülən erməni həqiqəti

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti R.T.Ərdoğanın and içmə mərasimində iştirak etməsi xüsusilə müxalif erməni siyasətçiləri tərəfindən narazılıqla şərh edilməkdədir. Özünü digər seçki layihəsi qrupunun rəhbəri kimi təqdim edən sabiq deputat Vahe Hovhannisyan isə, necə deyərlər, bu qeyri-insani düşüncəlilərin ön sırasında olanlardandır. Onun "Hraparak"ın bu günkü paylaşımındakı bəyanat xarakterli yazısında göstərilir ki, Paşinyan həmin tədbirə qatılmamalı idi. Səbəb kimi isə belə bir cəfəng fikir vurğulayır ki, Ərdoğan Ənvər Paşanın yolunu davam etdirərək 44 günlük müharibədə 5000-dən erməni gəncinin ölümünə səbəb olub. Dünyadakı cari siyasi reallığa sırf erməni düşüncəsi ilə baxan və belə demək olarsa, hər şeyi öz arşını ilə ölçən bu demaqoq ləqəbli sabiq deputat onu da qərəzli bildirir ki, Paşinyan sayılmadığına görə ikinci cərgədə oturdulub və Ərdoğan nüfuzlu qonaqların adlarını sadalayanda Paşinyanın adını çəkməyib.Bu isə texniki səhv deyil, sırf siyasi məzmunlu olaydır.

"Vətəndaş müqaviləsi" partiyasının heç bir üzvünün Paşinyana irad bildirməməsini də diktatura nümunəsi kimi təqdim edən V.Hovhannisyan  onlara məsləhət görür ki, belə "ideyadan imtina etsinlər".

Əlavə edək ki, bu özündən razı erməninin fikirləri çox vaxt ermənilərin bəzi politoloqları tərəfindən rişxəndlə "yuxu həqiqəti termini" adlandırılır.

N.Qaramanlı

Oxşar xəbərlər