Bu fikirləri aprelin 24-də Bakıdan Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Zəminə Kazımova deyib.
Keçmiş günlərini xatırlayan həmsöhbətim bildirib ki, 30 il əvvəl doğma Ağdam şəhərindən erməni silahlı qüvvələri tərəfindən zorla çıxarılıb. “Şükürlər olsun ki, ədalət bərpa olundu, haqq öz yerini tapdı. Uzun illər davam edən yurd həsrətimiz sona çatdı. Bu acı hadisələri gənc yaşlarımda yaşamışam. Həmin vaxt valideynlərimlə birlikdə Bakıya köçdük. İndi isə artıq öz ailəmlə birlikdə doğma ocağımıza qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur”, – deyə Z.Kazımova vurğulayıb. (AZƏRTAC)