Bu fikirləri doğma yurduna qayıdan keçmiş məcburi köçkün Şamil Hüseynov səsləndirib.
O qeyd edib ki, ailəsi ilə birlikdə doğma el-obasına qayıdır.
Keçmiş köçkün Ağdam şəhəri ilə bağlı xatirələrinin daim yaddaşında yaşadığını, doğma el-obasını yenidən görmək üçün uzun müddət həsrət çəkdiyini vurğulayıb.
“Bizə bu sevinci yaşadan Prezidentə dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa arzulayıram”, – deyə H.Şamil bildirib. (AZƏRTAC)