24.04.2026, 07:59
AZ EN
23.04.2026, 21:15 106

Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

XƏBƏRLƏR
  • Albaniyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi keçirilib.

Idmançılar jurnalistlərə açıqlama verib və öz hissləri ilə bölüşüblər.

Yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Həsrət Cəfərov qazandığı uğuru yaxşı hazırlıqla əlaqələndirib.

"Getməmişdən əvvəl üzərimdə böyük bir məsuliyyət var idi", - o deyib və əlavə edib ki, Azərbaycanın güləş tarixinə düşə biləcəyini bilirdi:

"Bunun üçün çox yaxşı hazırlaşırdım. Gördüyünüz kimi, çox güclü görüşlərim keçib. Hazırlığımız yaxşı olmasaydı, görüşlərdə qalib gələ bilməzdim. İlk raundlarda geri qalaraq xal itirsəm də, növbəti mərhələdə yaxşı nəticə göstərərək xallarımı geri qaytara bildim".

Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov isə bildirib ki, Avropa çempionatı gərgin mübarizə ilə keçib.

"Avropa çempionatında rəqabət güclü olduğundan bu yarışlarda təcrübə lazımdır ki, oyun uğurlu olsun. Təəssüflər olsun ki, bürünc medal qazandım, çalışacam ki, növbəti yarışlarda medalın əyarını dəyişib qızıl edim", - o bildirib. (Report)

Oxşar xəbərlər