29.06.2025, 03:17
AZ EN
29.01.2024, 12:54 303

Təhsil nazirinin istefası tələb olunur

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayında yayılmış "Nikol Paşinyanın da arxasınca düşəcəyik" başlıqlı məqalədə bir qrup ziyalının təhsil, elm, mədəniyyət və idman nazirliyinin önündə nazir Janna Andreasyanın istefası ilə bağlı etiraz aksiyasından danışılır.

Müəllif Karen Martirosyan yazır ki, aksiyaya səbəb 7-ci sinif üçün olan "Erməni tarixi" dərsliyində özünə yer almış bir neçə məqalədir. Göstərilir ki, guya həmin dərslikdə təhrif olunan tarixi faktlar var.

Tədbirin əlaqələndiricisi Vazgen Petrosyan jurnalistə deyib ki, bu kitab elə bil Türkiyənin sifarişi ilə hazırlanıb. Nazirlik isə susur və kitabın yığışdırılmasını istəmir. O, daha sonra əlavə edib ki, bütün bunlar baş nazirin göstərişi ilə baş verib. "Naziri istefaya məcbur etdikdən sonra Paşinyanın da arxasınca düşüb istefaya göndərəcəyik", - deyə o aksiyanın qeyri-müəyyən vaxtadək davam edəcəyini bildirib.

Görünən isə odur ki, illərdir uşaqlara saxta tarix kitabı oxutduran ermənilər Türkiyə ilə bağlı tarixi gerçəkliyi həzm edə bilmirlər.

N.Qaramanlı

Oxşar xəbərlər