28.06.2025, 00:41
AZ EN
23.01.2024, 16:47 379

Ermənistanın XİN başçısı: "Azərbaycanla sülh sazişi üçün üç əsas prinsip var"

XƏBƏRLƏR
  • Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.

O, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.

Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə liderlər yox, həm də nazirlik və digər idarələr səviyyəsində gedir: “Nazirliyin xətti ilə sülh sazişi üzrə təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini Bakıya təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur”. (Report)

Oxşar xəbərlər