Məsələ ilə bağlı açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, həmin ərazilərdə ermənilərin bu yolla vətəndaşlarımıza qəsd etmək planı həmişə gözlənilən olub.
"Bunları ötən illərin təcrübəsinə əsaslanaraq deyirəm. Ermənilərin belə xislətini göstərən minlərlə faktlar var. Onlar tərk edib getdiyi yerlərdə bizim üçün belə "sürpriz"lər hazırlayıblar. İstəkləri də kiminsə həlak olması, yaralanması və həmin ərazilərə insan köçünün gecikdirilməsidir. Mina basdırılmış yerlərin xəritələrin tələb etsək, 2020-ci ildəki halla qarşılacağıq. Ya xəritələri verməkdən imtina edə bilərlər, ya da düzgün olmayan xəritələri verəcəklər. (Trend)