27.06.2025, 17:29
AZ EN
20.09.2023, 09:22 354

İşxan Verdiyan: "Qarabağdakı silahlı birləşmələr Ermənistan dövlətindən dəstək alır"

XƏBƏRLƏR
  • Erməni bloger İşxan Verdyan özününTelegramkanalında növbəti paylaşımı ilə yenə Ermənistan hakimiyyətini ifşa edib.

"Oxu.az" xəbərinə görə İşxan, baş nazir Nikol Paşinyana ünvanlandığı haqlı suallarla Qarabağdakı silahlı birləşmələrin Ermənistan dövlətindən dəstək aldığını, maliyyələşdirildiyini bir daha ortaya qoyub:

“Əgər hazırda Qarabağda erməni silahlı qüvvələri həqiqətən yoxdursa, o zaman Nikol Paşinyana üç sual vermək istəyirəm:

Niyə bu hərbçilər Ermənistanın dövlət büdcəsindən, yəni mənim ödədiyim vergidən maliyyələşir?

Nə üçün bu hərbi qulluqçuların komandanlığı Ermənistan baş qərargahı tərəfindən əlaqələndirilir?

Nə üçün Ermənistanda məhkəmələr 44 günlük müharibədən qalan Qarabağ komandirlərini mühakimə edirlər?”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər