26.06.2025, 22:09
AZ EN
14.09.2023, 16:02 407

Erməni polislər türkün bombasını axtarıb

XƏBƏRLƏR

"Hraparak"ın xəbərinə görə, bu gün Gümrü şəhərinin Muş məhəlləsində sakinlər gərgin duruma düşüblər. Buna səbəb naməlum şəxsin polis idarəsinə zəng edərək guya "tanıdığı iranlı türkün" sözügedən əraziyə  böyük dağıdıcılığa malik bomba qoyması olub. Həmin yerə gələn polis naryadı sakinləri ərazidən çıxarıb və xüsusi alətlər vasitəsilə axtarışa başlayıb. Amma heç nə tapılmayıb. Hazırda zəng edən şəxsin aşkar edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nəsib

Oxşar xəbərlər