27.06.2025, 19:06
AZ EN
24.05.2023, 11:04 252

Ermənistan müxalifəti sabah etiraz aksiyası keçirməyə hazırlaşır

XƏBƏRLƏR
  • Mayın 25-də Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin müzakirə ediləcəyini və Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yenə təkrarlayacağını deyən Ermənistan müxalifəti həmin gün etiraz aksiyası keçirəcəyini bəyan edib və bu istiqamətdə təbliğat- təşviqat işləri aparılması üçün "Daşnaksütyun" partiyasının yerli rəhbərliyinin müşavirəsi olub.

Bu barədə "Hraparak"a bir il öncə yaradılmış Müxalifət hərəkatının lideri seçilən sabiq vitse spiker İşxan Sağatelyan açıqlama verib.

O, keçən il 6 aydan çox davam edən nəticəsiz aksiyalarda olduğu kimi yenə də məntiqsiz və reallıqla bir araya sığmayan ifadələr işlətməklə qalib gəlmələri üçün 2 baxış bucağı olduğunu vurğulayaraq hakimiyyəti ələ alacaqlarını, bundan sonra isə yeni şərtlər irəli sürəcəklərini bildirib.

"Bizim başqa seçimimiz yoxdur. Ya təslim olmalıyıq, ya da vətənin xilası üçün mübarizə aparmalıyıq ", - deyə o, əhalini sabahkı etiraz aksiyasında fəal olmağa çağırıb.

Bu isə bir daha göstərir ki, onlar psixi çatışmazlıqdan hələ də xilas ola bilməyiblər və başlarına yeni zərbə istəyirlər.

N.Qaramanlı

Oxşar xəbərlər